reklam
Meydana masajçını buraxan komanda çempionatdan qovuldu
Sportfm.az xəbər saytı

Meydana masajçını buraxan komanda çempionatdan qovuldu


"Pro Pyaçentsa" "Kuneo"ya 0:20 hesablı məğlubiyyətdən sonra İtaliya C Seriyasından kənarlaşdırılıb. 

Sportfm.az xəbər verir ki, səbəb kimi idman prinsiplərinin əsasının inanılmaz pozuntusu göstərilib. 

C Seriyasının prezidenti Françesko Girelli deyib: "Valideynlərinin bu uşaqlara meydana çıxıb oynamaq və bununla peşəkar futbolda debüt etdiklərini dostlarına danışmaq icazəsi vermələrindən dəhşətə gəlmişəm". 

Maliyyə problemləri üzündən "Pro Pyaçentsa"nı bütün əsas futbolçular tərk ediblər. Nəticədə "Kuneo" ilə görüşdə meydana 7 futbolçu çıxıb. 

Onlardan biri komandanın masajçısı olub. Komanda oyunu belə heyətlə keçirməli olub. Əks halda, klubu oyuna gəlmədiyi üçün yarışdan kənarlaşdırılma təhlükəsi gözləyəcəkdi. 

"Pro Pyaçentsa"nın baş məşqçisi olmadığından, 19 yaşlı futbolçu məşqçi kimi qeydiyyatdan keçməli olub.

Oxşar xəbərlər

Matça çıxmadı, evə yollandı və komandadan qovuldu
İbrahimoviçdən yeni rekord - Uğur
Ölkə çempionatında 20:0 hesablı oyun qeydə alındı
Hücumçu mundialdan qovuldu
105 yaşlı klub dağıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər