reklam
40 yaşlı futbolçu 96-cı dəqiqədə qol vurdu
Sportfm.az xəbər saytı

40 yaşlı futbolçu 96-cı dəqiqədə qol vurdu


"Herta" futbol üzrə Almaniya Bundesliqasının 22-ci turunda "Verder"lə heç-heçə edib.

Sportfm.az xəbər verir ki, Berlinin "Olimpiaştadion" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesab 25-ci dəqiqədə açılıb. Deyvi Zelke "Herta"nı hesabda irəli çıxardıb.

Bremen klubu matça əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara bilib. Əlavə olunmuş 6-cı dəqiqədə komandanın 40 yaşlı perulu forvardı Klaudio Pisarro qol vuraraq komandanı xilas edib.

Hazırda "Verder" 31 xalla turnir cədvəlində 10-cu, "Herta" isə 32 xalla 9-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

40 yaşlı futbolçu tarixə düşdü
Kərim hər şeyi 8 dəqiqəyə etdi
Messi het-trik etdi, "Barselona" qalib gəldi
Messi 2 qol vurdu, "Barselona" uduzdu - FOTO
Ayaz Quliyev oynadı, komandası məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər