reklam
Messi 2 qol vurdu,
Sportfm.az xəbər saytı

Messi 2 qol vurdu, "Barselona" uduzdu -FOTO


İspaniya La Liqasında 12-ci turunda "Barselona" dogma meydanda "Betis" komandasını qəbul edib.

Sportfm.az xəbər verir ki, matçın birinci taymı qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. 20-ci dəqiqədə Junior, 34-cü dəqiqədə isə Xoakin qola imza atıb.

68-ci dəqiqədə Messi penalti zərbəsindən hesabda fərqi azaltsa da, 3 dəqiqə sonra Lo Selso yenidən top fərqini artırıb.

79-cu dəqiqədə Vidal "Barselona"nın ikinci qolunu vurub. 81-ci dəqiqədə Rakitiç ikinci sarı vərəqə alaraq meydandan qovulub. Cəmi 2 dəqiqə sonra qonaqlar müdafiədəki boşluqdan istifadə edərək dördüncü qolu vurublar. Bu dəfə Serxio Kanales fərqlənib.

Əsas vaxta əlavə olunan dəqiqələrdə Messi komandasının üçüncü qolunu vursa da, "Barselona" doğma meydanda "Betis"ə məğlub olub.

Hazırda "Barselona" 24 xalla birinci yerdə, "Betis" isə 16 xalla 12-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Messi het-trik etdi, "Barselona" qalib gəldi
Qələbənin təməlini Benzema qoydu - "Real" 3 xala sevindi
Messi İspaniya çempionatıda 400-cü qolunu vurdu
"Barselona" səfərdə "büdrəmədi"
Suaresin başladığını Messi sona çatdırdı - "Barselona" qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər