Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA Ukrayna klubuna icazə verdi -Xarkovda oynamağa
Ukraynanın "Şaxtyor" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Sözügedən qarşılaşma Xarkovdakı "Metallist" stadionunda baş tutacaq. Görüş fevralın 14-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Almaniyadakı cavab matçı fevralın 21-i Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Qeyd edək ki, daha öncə "Şaxtyor"un Çempionlar Liqasında Fransa "Lion"i ilə matçı hərbi vəziyyətlə əlaqədar Xarkovdan paytaxt Kiyevə dəyişdirilib. Komanda Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını bu şəhərdə keçirə bilmir.
Oxşar xəbərlər
“Qalatasaray” Çexiya klubuna qarşı - Avropa Liqası
"Qarabağ" yenə Türkiyədə oynayacaq - Avropa Liqası
Azərbaycan - Monteneqro oyununun keçiriləcəyi ölkə açıqlandı
UEFA Ukrayna klubuna Xarkovda matç keçirməyə icazə verdi
Hərbi vəziyyət üzündən ÇL-nın oyununun yeri dəyişdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası