Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" yenə Türkiyədə oynayacaq -Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyə "Sivasspor"una qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, noyabrın 26-dakı qarşılaşma Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda təşkil olunacaq.
"Qarabağ" daha əvvəl "Sivasspor"la matçın Bakıda keçirilməsi üçün Avropa futbol qurumuna müraciət edib.
Ağdam təmsilçisi II turda İspaniya "Vilyarreal"ına eyni arenada 1:3 hesabı ilə uduzub. Ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ"ı məğlub etməyə çalışacağıq" - "Makkabi"nin baş məşqçisi
"Sivasspor"da daha 3 nəfərdə yoluxma - Matç öncəsi
"Qarabağ" - "Sivasspor" matçının hakimləri açıqlandı
"Qarabağ" - "Sivasspor" matçı azarkeşsiz keçiriləcək - Avropa Liqası
"Sivasspor"da yenə koronavirus aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası