Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin yeni baş məşqçisinin köməkçiləri müəyyənləşdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin köməkçiləri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, 42 yaşlı mütəxəssisin köməkçilərindən biri "Sumqayıt" klubunun əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov olub.
M. Obradoviçin digər köməkçisi isə ukraynalıdır. Bu, Azərbaycana gələnədək Estoniyanın "Nimme Kalyu" klubunun əvəzedici komandasına rəhbərlik etmiş Roman Kojuxovskidir.
Nəhayət, Draqoslav Poleksiç yeni baş məşqçiyə qapıçılarla iş üzrə məşqçi kimi yardımçı olacaq.
Qeyd edək ki, Milan Obradoviç Azərbaycanın U-21 yığmasına yanvarın 11-də baş məşqçi təyin edilib.
Oxşar xəbərlər
AFFA daha bir mənasız qərarını ləğv etdi
Obradoviç Azərbaycan millisindən gedir - Müqavilə bitir
Millimizin baş məşqçisinin müqaviləsi yeniləndi
Millimizin baş məşqçisinin köməkçiləri kimlər olacaq?
Obradoviç yığmamızın baş məşqçisi təyin edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası