Karateçilərimiz Qran Pri turnirini 10 medalla başa vurdu -FOTO
Yeniyetmə və gənclərdən ibarət karate üzrə seçmə komandalarımız 28-ci Xorvatiyada Qran Pri turnirindən yüksək nəticə ilə dönür.
Sportfm.az xəbər verir ki, Samobor şəhərində 23 ölkədən 1621 karateçinin iştirakı ilə ənənəvi yarışda idmançılarımız 10 medal qazanıb.
Roman Heydərov (kata) 18-20 yaşlı gənclər və böyüklər arasında yarışların qalibi qalibi olub. Kata turnirində digər təmsilçimiz Ceyhun İsgəndərov isə 16-17 yaşlı gənclər arasında birinci pilləyə qalxıb.
Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, -57 kq) qızıl medal, Murad Hacızadə (18-20 yaşlı gənclər, +84 kq) gümüş, Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, -47 kq), 16-18 yaşlı gənclərdən Mədinə Sadıxova (-48 kq) və Tural Yaqubov (-68 kq), 18-20 yaşlı gənclərdən isə Müseyib Məmmədov(-60 kq) və Emil Güləhmədov (-84 kq) bürünc mükafat qazanıb.
Karateçilərimizi 8-10 fevral tarixlərində Danimarkanın Aalborq şəhərində Avropa çempionata gözləyir. Bu məsul yarışa hazrılığın bir hissəsi kimi Xorvatiya Qran Prisinə qatılan aşağı yaşlı seçmə komandalar iki gün sonra təlim-məşqləri davam etdirəcək.
Oxşar xəbərlər
Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
Yığmamızdan 3 qızıl medal
Karateçilərimiz iki medal qazandı
Karateçilərimiz Xorvatiyadan 8 medalla dönür
29 karateçimiz Xorvatiyada sınaqdan keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası