reklam
Karateçilərimiz Xorvatiyadan 8 medalla dönür
Sportfm.az xəbər saytı

Karateçilərimiz Xorvatiyadan 8 medalla dönür


Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarmız Xorvatiyada 27-ci "Qran Pri" turnirini 8 medalla başa vurub. 

Sportfm.az xəbər verir ki, karateçilərimiz Samobor şəhərində nüfuzlu ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.  

14-15 yaşlı yeniyetmələrdən  Fərid Ağayevlə (-52 kq), Fidan Dadaşova (-47 kq) yarışın qalibi olub. Gənclər arasında Üvi Qurbanovla (-60 kq) Murad Hacızadə (+84 kq) ikinci yeri, Tale Yaqubov (-63 kq, yeniyetmələr), Mədinə Sadıxova (-48 kq), Müseib Məmmədov (-68 kq) və  Elcan Məmmədrzayev (-60 kq, hər biri gənclər seçmə komandası) isə üçüncü pilləni tutub. 

Daha 4 idmançımız Ayla Rzazadə ( +54 kq), Məhəmməd Məmmədov (-65 kq), Ruslan Əhmədov (-75 kq) və Murad Balakişiyev (-84 kq) isə bürünc medal uğrunda həlledici görüşdə məğlub olub.  Aytac Əliyeva (-55 kq) təsəlliverici döyüşlərdə mübarizəni bürünc mükafatların bir addımlığında dayandırmalı olub. 

Azərbaycanın Xorvatiya Rspublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov və konsul Emil Kazımov seçmə komandalarımızın yarışını izləyib. Turnirdən sonra mükafatçılarla görüşdə, F.Qurbanov mükafatçıları təbrik edib və komanda üzvlərinə uğurlar arzulayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarımızı dəstəklədiyinə görə səfir Fəxrəddin Qurbanova və səfirlik əməkdaşlarına minnətdarlığını çatdırıb.

 

Oxşar xəbərlər

Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
Karateçilərimiz Qran Pri turnirini 10 medalla başa vurdu - FOTO
Komandalarımız Avropa çempionatına yollandı
Səfir uğur qazanan karateçilərlə görüşdü
29 karateçimiz Xorvatiyada sınaqdan keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər