Yığmamızdan 3 qızıl medal
Danimarkanın Aalborq şəhərində keçirilən 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında isə 11-ci qitə çempionatında karate üzrə yığma komandamız daha bir qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, bu dəfə komandamızın aktivinə qızıl medalı Əminağa Quliyev yazdırıb.
Keçirdiyi beş görüşdə rəqiblərə cəmi bir xal verən Ə.Quliyev (61 kq) 16-17 yaşlı gənclər arasında qitə çempionu olub.
Bununla da Azərbaycan karateçilərinin Avropa çempionatında qazandıqları qızıl medalların sayı üçə çatıb.
Ondan bir gün əvvəl isə R.Heydərov (kata) və Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite 63 kq) qızıl, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite 57 kq) isə bürünc medal qazanıblar.

Oxşar xəbərlər
Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
Avropa çempionatında 4 qızıl və 1 bürünc medal
Azərbaycanın iki karateçisi Avropa çempionu oldu
Azərbaycanlı idmançı Avropa çempionu oldu
Karateçilərimiz Qran Pri turnirini 10 medalla başa vurdu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası