reklam
29 karateçimiz Xorvatiyada sınaqdan keçəcək
Sportfm.az xəbər saytı

29 karateçimiz Xorvatiyada sınaqdan keçəcək


Azərbaycan karateçiləri ilin ilk beynəlxalq turnirinə yollanır.

Sportfm.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmə və gənclərdən ibarət seçmə komandalar 12-14 yanvar tarixlərində Samobor şəhərində 27-ci Xorvatiya Qran Prisi uğrunda nüfuzlu yarışda iştirak edəcək. 14-15 yaşlı yeniyetmələr, 16-18 və 18-20 yaşlı gənclərin məşqçiləri, əməkdar məşqçilər Anar Allahverdiyev və Şahin Xudaverdiyev avropa çempionatı qabağı 29 idmançını sınaqdan keçirəcək.

Yeniyetmələrdən Fərid Ağayev (-52 kq), Əminağa Əliyev (-57 kq), Tale Yaqubov (-63 kq), Hüseyn Hüseynzadə (-70 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (-47 kq), Fidan Həmidova (-54 kq) və Ayla Rzazadə (+54 kq) tatamiyə çıxacaq. 16-17 yaşlı gənclər arasında Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (-68 kq), Əli Quliyev və Murad Orucov (hər iksi -76 kq), Babək Qələmzadə (+76 kq), Mədinə Sadıxova (-48 kq), Renata Ərəbli (-53 kq), Səma İmanzadə (-59 kq), Bəsti İsmayılova (+59 kq), 18-20 yaşlı gənclərdə isə Elcan Məmmədrzayev (-60 kq), Ülvi Qurbanov (-60 kq), Hüseyn Əliyev (-67 kq), Ruslan Əhmədov (-75 kq), Murad Balakişiyev (-84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq) mübarizə aparacaq.

Kata üzrə seçmə komandaların baş məşqçisi Vahid Ayvazov və onun köməkçisi Vüqar Kərimov Xorvatiya Qran Prisində yeniyetmələrdən Həsən Həsənli və Zəhra Qurbanzadəyə, 16-17 yaşlı gənclərdən isə Ceyhun İsmayılova etimad göstərib. Bu heyətdən əlavə kata üzrə məşqçi Anar Əhmədov, beynəlxalq hakim Cahangir Babayev və milli dərəcəli hakim Namiq Pirverdiyev də yarışa yola düşürlər. Bu mötəbər turnir, fevralın ilk günlərində Rusiyanın Soçi şəhərində Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır. 

 

Oxşar xəbərlər

Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
Karateçilərimiz Qran Pri turnirini 10 medalla başa vurdu - FOTO
Komandalarımız Avropa çempionatına yollandı
Azərbaycanın gənc karateçiləri İspaniyada dünya çempionatında iştirak edəcəklər
Karateçilər beynəlxalq turnirdə 13 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər