Rövşən Binnətlinin yubileyi keçirildi -FOTO
Bu gün Bakı Olimpiya Stadionunda tanınmış idman jurnalisti, hazırda "CBC Sport" telekanalında şef-redaktor vəzifəsində çalışan Rövşən Binnətlinin 60 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Sportfm.az xəbər verir ki, müxtəlif idman qurumlarının, futbol ictimaiyyətinin nümayəndələri və jurnalistlərin iştirak etdiyi mərasimdə əvvəlcə yubilyarla bağlı süjet nümayiş olunub. Ardınca isə tədbirdə çıxış edən qonaqlar - "CBC Sport" telekanalının baş direktoru Volkan Üst, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, "Neftçi"nin prezidenti Kamran Quliyev, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, Qarabağ müharibəsi veteranı Əkbər Rüstəmov, olimpiya çempionları Zemfira Meftahəddinova və videobağlantı ilə İqor Ponomaryov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və digərləri R. Binnətliyə öz təbriklərini çatdırıb və xatirələrini bölüşüblər.
Sonda R.Binnətli qonaqlara təşəkkürünü bildirib.
Oxşar xəbərlər
"Zəfər Kuboku" turniri start götürüb - FOTOLAR
"İdman" kanalına yeni rəhbər təyin olundu
Rövşən Binnətli "CBC Sport" telekanalından getdi
Beynəlxalq İdman Mükafatının təqdimat mərasimi keçirildi - FOTO
Rövnəq Abdullayev bu vəzifədən gedir? – Rəsmi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası