reklam
Rövnəq Abdullayev bu vəzifədən gedir? –
Sportfm.az xəbər saytı

Rövnəq Abdullayev bu vəzifədən gedir? –Rəsmi


Sosial şəbəkələrdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidentinin dəyişdiriləcəyi barədə məlumatlar yayılıb.

Tanınmış idman jurnalisti Natiq Muxtarlı hazırkı AFFA prezidenti Rövnəq Abdullayevin gedəcəyi vaxt və yerinə gələcək şəxsin artıq bəlli olduğunu bildirib.

Sportfm.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla yayılan informasiyaları təkzib edib:

“Adətən AFFA prezidenti Hesabat Seçki Konfransında seçilir. Hazırda AFFA prezidentinin dəyişdirilməsi və ya yeni namizədin irəli sürülməsi məsələsi gündəmdə yoxdur”.

Qeyd edək ki, AFFA prezidenti Rövnəq Abdullayev 2008-ci ildən bu vəzifədə çalışır.

AFFA-da prezident seçkiləri hər dörd ildən bir keçirilir.

Oxşar xəbərlər

AFFA-ya yeni prezident seçildi
Rövnəq Abdullayev AFFA-dan gedir - AÇIQLAMA
"Rövnəq Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib" - AÇIQLAMA
Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçildi
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər