reklam
Qəzaya uğradığı bolid satışa çıxarıldı
Sportfm.az xəbər saytı

Qəzaya uğradığı bolid satışa çıxarıldı


1996-cı il mövsümü Martin Brandl üçün Formula 1-də sonuncu oldu. Həmin vaxtlar o, "Peugeot" mühərrikli "Jordan 196" bolidində Eddi Jordanın komandasının şərəfini qoruyurdu.

Sportfm.az xəbər verir ki, qızılı rəngə boyanmış və kifayət qədər sürətli olan bolid parlaq xarici görünüşü ilə fərqlənirdi. "Peugeot V10" həmin mövsüm üçün o qədər də güclü mühərrik hesab edilməsə də, "Jordan"ın yürüşçüləri Martin Brandl və Rubens Barrikelloya müntəzəm olaraq xallar uğrunda mübarizə aparmağa şərait yaradırdı.

"Sotheby's" hərrac evi britaniyalının 1996-cı ildə yürüşlərdə iştirak etdiyi avtomobili fevral ayında Parisdə keçiriləcək hərraca çıxarmağı planlaşdırır.

"Jordan 196" onunla yadda qalıb ki, Martin Brendl Avstraliya Qran-Prisinin startında bu boliddə uzun müddət xatırlanacaq qəzaya uğrayıb. İndi lazımi vəsaitə malik istənilən şəxsin ala biləcəyi 03 nömrəli şassi isə o zaman ehtiyatda idi: məhz pilot bu bolidə əyləşərək Melburnda start xəttinə təkrar çıxıb.

Martin Brandl, həmçinin bu "Jordan"ın sükanı arxasında Monrealda, Nyurburqrinqdə və Silverstounda finişə 6-cı çatıb. Hərracın təşkilatçıları hazırda "Sky Sports" telekanalının populyar şərhçisi olan Martin Brandlın F1 karyerasını başa vurmazdan əvvəl çıxış etdiyi bolidin ən azı 170-190 min avroya satılacağına ümid edirlər.

Oxşar xəbərlər

Dəhşətli sui-əsd - Əvvəlcə qəzaya düşdü, sonra özünü binadan atdı
Azərbaycan çempionatının oyunları təxirə salındı
17 yaşlı qız pilot qəzaya səbəb oldu - 5 nəfər xəstəxanalıq oldu
Formula 1-in keçirilmə tarixi açıqlandı
Ronaldonun təyyarəsi Barselonada qəzaya uğradı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər