FİDE-dən şahmatçılara ciddi xəbərdarlıq gəldi
Sabah Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək Rapid və Blitz üzrə Dünya Çempionatı ərəfəsində təşkilatçılar tərəfindən çox maraqlı bir addım atılıb. Belə ki, sözügedən çempionatda FİDE reqlamentinin 4.10.1 maddəsi qüvvədə olacaq.
Sportfm.az xəbər verir ki, bu barədə ali şahmat qurumunun rəsmi internet səhifəsində məlumat verilib. Bu yeni bir maddə olmasa da, onun belə böyük bir yarışda tətbiq olunmasını kimsə xatırlamır. Maddədə yarış iştirakçılarının mütləq gündəlik ciddi geyimdə olmaları qeyd olunur. Kişilər, səliqəli köynək, şalvar, gödəkcə və ya pencəkdə, qadınlar isə yaxalı köynək və ya bluz, gödəkcə, pəncək, şalvar, ətək və don geyinə bilərlər.
Birincilikdə dress koda hakimlər tərəfindən ciddi şəkildə nəzarət olunacaq. Oyun zonasına cins şalvar, şort, idman köynəkləri və idman ayaqqabısı geyinən şahmatçılar buraxılmayacaq. İndidən bəllidir ki, bu qərar şahmatçılar tərəfindən də birmənalı qarşılanmayacaq. Xüsusilə son illər dünyada bir çox şahmatçı məhz sərbəst və idman geyimlərinə üstünlük verirlər. Oyunlara milli geyimdə qatılmaq istəyən şahmatçılar isə əvvəlcədən təşkilat komitəsinə müraciət etməlidirlər.
Oxşar xəbərlər
İddiaçılar Turnirini təxirə salındı - FIDE
Azərbaycanlı şahmatçılar FİDE-yə məktub ünvanladı
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi
“Grand Swiss 2019” turnirinin keçiriləcəyi tarix açıqlandı
FIDE yeni Qran-pri təsis etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR















Misli Premyer Liqası