reklam
İddiaçılar Turnirini təxirə salındı -
Sportfm.az xəbər saytı

İddiaçılar Turnirini təxirə salındı -FIDE


Şahmat üzrə İddiaçılar Turnirinin bərpası 2021-ci ilin yazınadək təxirə salınıb.

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) qərar qəbul edib. Əsas səbəb kimi oyunçuların pandemiyanın ikinci dalğasından doğan narahatlıq göstərilib.

FIDE səyahət və yaşayış üçün xüsusi şərait təşkil etməyə hazır olub. Bura çarter reysləri, yüksək səviyyəli otel və təcridolma da daxil edilib. Lakin iştirakçıların heç də hamısından yarışda iştirak üçün razılıq alınmayıb.

Qeyd edək ki, İddiaçılar Turniri 8 şahmatçının iştirakı ilə martın 17-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürüb. 

Oxşar xəbərlər

Teymur Rəcəbov mübarizəyə başlayır - İddiaçılar turniri
Azərbaycanlı şahmatçılar FİDE-yə məktub ünvanladı
İddiaçılar turniri yarımçıq dayandırıldı
Bu gün iddiaçılar turniri start götürəcək
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər