“Grand Swiss 2019” turnirinin keçiriləcəyi tarix açıqlandı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) “Grand Swiss 2019” super turnirinin keçiriləcəyi tarixi və yeri açıqlayıb.
Sportfm.az xəbər verir ki, turnir bu il oktyabrın 7-dən 21-dək İngiltərənin Men adasında keçiriləcək. Turnirin ümumi mükafat fondu 400 min ABŞ dolları təşkil edəcək. Yarışda 160 şahmatçı mübarizə aparacaq. Onlardan yalnız biri iddiaçılar turnirinə vəsiqə qazanacaq. İştirakçılardan 105-i FIDE-nin əvvəl açıqladığı qaydalar üzrə yarışa qatılmaq hüququ qazanacaq. Digər iştirakçılar isə yarışın təşkilat komitəsi ilə FIDE tərəfindən müəyyənləşdiriləcək. Bunlar əsasən qadınlar, gənclər, yeniyetmə şahmatçılar və yerli idmançılar olacaqlar.
Turnirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynov iştirak edəcəklər.
Oxşar xəbərlər
Riqa “Grand Swiss-2021” turnirinə ev sahibliyi edəcək - FIDE
Şahmatçılarımızdan 1 qələbə, 1 məğlubiyyət, 2 heç-heçə
Şahmatçılarımız “FIDE Grand Swiss 2019”-da mübarizə aparacaqlar
İki azərbaycanlı 280 min avro üçün mübarizə aparacaq
FIDE yeni Qran-pri təsis etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
-
FİFA referimizə UEFA-dan təyinat
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
MOİK-dən inamlı qələbə - I Liqa
-
Sergen Yalçın üçün imza mərasimi keçirildi
-
MOİK 3–1 “Karvan-Yevlax” - VİDEO















Misli Premyer Liqası