reklam
O, bir zamanlar Azərbaycanın ümidi idi, indi heç
Sportfm.az xəbər saytı

O, bir zamanlar Azərbaycanın ümidi idi, indi heç "Sumqayıt"a belə lazım deyil


Qış fasiləsində "Sumqayıt"dan ayrılan ilk futbolçu müəyyənləşib. 

Sportfm.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Orxan Əliyevlə vidalaşıb. 

23 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Təxminən 2 ay öncə transfer olunan Orxanın "Sumqayıt"la sözləşməsi mövsümün sonuna qədər idi. 

Ümumiyyətlə son vaxtlar bu futbolçunun karyerasında baş verənlər acı təəssüf doğurur. Bir zamanlar Azərbaycanın ən perspektivli futbolçularından biri hesab olunan, hətta adlı-sanlı "Porto"ya belə baxışa yollanan Orxan Əliyev hazırda heç kimə lazım deyil. Görünən odur ki, Orxan da digər azərbaycanlı futbolçular kimi potensialını tam aça bilmədən futbol səhnəsindən gedəcək. 

 

Oxşar xəbərlər

"Sumqayıt" qapıçısı ilə yollarını ayırdı
"Sumqayıt" legionerini göndərdi - RƏSMİ
"Sumqayıt"da növbəti ayrılıq
"Sumqayıt" Əliyevi heyətinə qatdı
Futbolçu zədəli olduğunu söylədi, klubdan göndərdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər