"Sumqayıt"da növbəti ayrılıq
Ölkə kubokunda yarımfinala adlayan və Premyer Liqada iddialı yerləri hədəfləyən "Sumqayıt" transfer düyməsini basıb.
Sportfm.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisində ayrılıq reallaşıb. Komandaya mövsümün ilk turlarında qoşulan Orxan Əliyevlə yollar ayrılıb. Bu barədə açıqlamasında klubun baş məşqçisi Ayxan Abbasov məlumat verib.
22 yaşlı Əliyev 2011-2015-ci illər ərzində “Sumqayıt”da oynayıb. Orxan "kimyaçılar"ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirmiş yarımmüdafiəçi “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in də (39 oyun, 3 qol) şərəfini qoruyub.
Orxan Əliyev U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərinin də formasını geyinib.
Qeyd edək ki, "Sumqayıt" mövsümün əvvəlində "Keşlə"dən altı aylıq icarəyə götürdüyü Orxan Sadıqlı ilə də yolları ayırıb.
Oxşar xəbərlər
"Sumqayıt" Əliyevi heyətinə qatdı
Orxan Əliyev nəyi gözləyir?
"Qarabağ"ın daha bir futbolçusu "Sumqayıt"da - FOTO
"Sumqayıt" Elnur Abdullayev ilə müqavilə imzaladı
Cavid İmamverdiyev tarixə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Şahdağ Qusar” – “Səbail” matçının hakimləri açıqlandı - I Liqa
-
“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışda
-
Marşrutların hərəkət sxemi dəyişdirilir - “Sabah”a görə
-
"Sabah" "Borussiya"ya qarşı - Çempionlar Liqası
-
“Ganja Open 2026” festivalına yekun vuruldu
-
"Şəki" "Zəngəzur"u, "Qaradağ Lökbatan" "Dinamo"nu qəbul edəcək














Misli Premyer Liqası