Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Məşhur şirkət "Sumqayıt"a sponsor oldu
"Sumqayıt" dünyaca məşhur "STATSports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Sportfm.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Müqavilənin şərtlərinə əsasən, "gənclik şəhəri" təmsilçisi sözügedən şirkətin xidmətindən istifadə edəcək. Bunun müqabilində isə oyun geyimlərinin qol nayihəsində həmin şirkətin tanınma nişanı yer alacaq. Müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Yuventus", "Roma", "Mançester Yunayted", "Mançester Siti", PSJ, "Liverpul" və "Tottenhem" kimi Avropa nəhəngləri məhz "STATSports"la əməkdaşlıq edir.
Oxşar xəbərlər
“Sabah”dan yeni sponsorluq və əməkdaşlıq müqaviləsi
Premyer Liqa klubu rekord məbləğdə müqavilə bağlaya bilər
"Neftçi" "Türk Hava Yolları" ilə əməkdaşlıq müqaviləsi imzaladı - FOTO
"Neftçi" "Barselona"nın sponsoru ilə anlaşdı
Qusar təmsilçisi modaya uydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası