reklam
“Sabah”dan yeni sponsorluq və əməkdaşlıq müqaviləsi
Sportfm.az xəbər saytı

“Sabah”dan yeni sponsorluq və əməkdaşlıq müqaviləsi


“Sabah” FK ilə “Qurtuluş 93 Residence” MTK arasında sponsorluq və əməkdaşlıq müqaviləsi bağlanıb.

Sportfm.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Qurtuluş 93 Residence” MTK-nın nəzdində olan “Bank Respublika Arena” və məşq meydançaları 12 il müddətinə “Sabah” FK-ya təmənnasız icarəyə verilib.

Bunun qarşılığında “Sabah” FK stadionda olacaq bütün təmir-bərpa və əməliyyat işlərinin xərclərini qarşılamağı öz öhdəsinə götürüb.

Anlaşmaya əsasən, “Bank Respublika Arena”da “Qurtuluş 93 Residence” MTK-nın reklam bannerləri yer alacaq, həmçinin klubla şirkət arasında müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Sponsorluq və əməkdaşlıq müqaviləsi “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov və “Qurtuluş 93 Residence” MTK-nın təsisçisi Məhərrəm Novruzov tərəfindən imzalanıb.

Qeyd edək ki, “Sabah” FK Premyer Liqaya vəsiqə qazandığı 2018-ci ildən “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Növbəti mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək klub ev matçlarını məhz bu arenada keçirməyi planlaşdırır. Hazırda stadionda UEFA-nın avrokubok oyunları üçün tələb olunan kriteriyalara uyğunlaşdırılması istiqamətində təmir və bərpa işləri görülür.

Oxşar xəbərlər

“Sabah”dan yeni sponsorluq müqaviləsi
“Sabah”dan yeni sponsorluq müqaviləsi - FOTO
Bakı klubu sponsoru ilə davam edəcək
“Sabah”ın stadionunun adı dəyişdirildi – FOTO
"Sabah"ın yeni sponsoru - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər