reklam
Atüstü Oyunu üzrə Prezident kubokuna start verildi
Sportfm.az xəbər saytı

Atüstü Oyunu üzrə Prezident kubokuna start verildi


Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kuboku turnirinə start verilib.

Sportfm.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən günün ilk oyununda "A" qrupu üzrə "Ağstafa" çövkən komandası ilə "Murad" çövkən komandası üz-üzə gəlib. Görüş "Murad" komandasının böyük hesablı qələbəsi ilə başa çatıb (7-0).

Günün ikinci oyunu "B" qrupunda oynanılıb. "Qarabağ" komandası "Köhlən"i 3-1 hesabı ilə məğlub edib.

Həmin qrupun digər oyununda "Omar" ilə "Polad" çövkən komandaları qarşılaşıblar. Görüş "Omar" komandası 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Günün son oyunu "A" qrupu yer alan "Buta Golden" və "Sərhədçi" çövkən komandaları arasında baş tutub. Oyunda “Sərhədçi” komandası rəqibinin qapısından 6 cavabsız top keçirib.

Qeyd edək ki, dekabrın 13-14-də Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kuboku turnirinin qrup mərhələsində ikinci turun oyunları keçiriləcək.

Oxşar xəbərlər

Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirilir
Prezident kubokuna start verildi - FOTO
“100 İllik Yubiley Kuboku”nun üçüncüsü məlum oldu - FOTO
Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nun finalçıları məlum oldu - FOTO
Çövkən milli oyununun final mərhələsi Bakıda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər