reklam
“100 İllik Yubiley Kuboku”nun üçüncüsü məlum oldu -
Sportfm.az xəbər saytı

“100 İllik Yubiley Kuboku”nun üçüncüsü məlum oldu -FOTO


Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin sonuncu günündə - iyunun 9-da “Polad” və “Buta Golden” komandaları üçüncü yer uğrunda üz-üzə gəliblər.

Sportfm.az xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə “Polad” kollektivi 2:1 hesabı ilə qalib gələrək bürünc medala layiq görülüb.

Turnirin final görüşündə “Omar” və “Sərhədçi” komandaları çempion adı uğrunda qarşılaşacaqlar.

Xatırladaq ki, yarımfinalda “Polad” komandası “Omar”a (0:1), “Buta Golden” isə “Sərhədçi”yə (2:5) məğlub olmuşdu.

Yarışın ümumi mükafat fondu 50 min manatdır.

İyunun 2-də start götürən Milli Atçılıq Festivalına bu ayın 17-də yekun vurulacaq. Festivalın birinci günündə Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib.

Festival çərçivəsində, iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunub.

Milli Atçılıq Festivalına iyunun 15-17-də keçiriləcək arena polo üzrə VI Dünya Kuboku yarışı ilə yekun vurulacaq. Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların mübarizə aparacağı Dünya Kuboku yarışında üç gün ərzində altı oyun keçiriləcək. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club”u təmsil edəcək.

Oxşar xəbərlər

“Elite Horse & Polo Club” kuboku turniri keçiriləcək
Yığmamız Almaniya ilə finalda oynayacaq
Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nun finalçıları məlum oldu - FOTO
Bakıda mükafat fondu 5 min manat olan turnir keçirildi
Azərbaycanın polo komandası Bakıda keçirilən dünya kuboku yarışlarının qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər