reklam
“Azəryol” ilk görüşünü qələbə ilə başa vurdu
Sportfm.az xəbər saytı

“Azəryol” ilk görüşünü qələbə ilə başa vurdu


“Azəryol” həndbol klubu qadınlar arasında Avropa Həndbol Federasiyasının “Challenge Cup” (Çağırış kuboku) turniri çərçivəsində “Ankara Yenimahalle BSK” komandasına qalib gəlib.

Sportfm.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci hissəsi 17:17 hesabı ilə başa çatıb. İkinci hissədə daha üstün oyun nümayiş etdirən “Azəryol” rəqibini 30:29 hesabı ilə məğlub edib.

Ankaranın THF İdman Kompleksində keçirilmiş ilk qarşılaşmanı Şerif Xhema və Besfort Yahyadan ibarət kosovolu hakimlər briqadası idarə edib. EHF nümayəndəsi kimi isə gürcüstanlı Levan Gelaşvili fəaliyyət göstərib.

Oxşar xəbərlər

“Azəryol” yarımfinalda - Azərbaycan Kuboku
Azərbaycan çempionatında fasilə başa çatdı
“Azəryol”-“Kristianstad” oyununu ukraynalı hakimlər idarə edəcəklər
“Azəryol” qələbə ilə başladı
"Nur" qələbələri sıralayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər