reklam
Atletimiz İstanbul marafonunda rekord nəticə göstərdi -
Sportfm.az xəbər saytı

Atletimiz İstanbul marafonunda rekord nəticə göstərdi -FOTO


Azərbaycan atleti Ayla Seyid Türkiyədə ənənəvi İstanbul marafonunda fərqlənib.

Sportfm.az xəbər verir ki, xanım idmançı qadınlar arasında 15 kilometr məsafəyə qaçışda 21-ci yeri tutaraq yeni rekorda imza atıb. İndiyədək İstanbul marafonunda Azərbaycan nümayəndəsi belə yüksək nəticə əldə etməyib.

O, həmçinin həmin marafonda “30-luğ”a düşən ilk azərbaycanlı qadın atlet olub.

Qeyd edək ki, 40-cı İstanbul marafonunda 100-dək ölkədən 130 min idmançı iştirak edib. Bundan başqa, marafona 55 məşhur atlet də qatılıb. Uzunluğu 42 kilometr 195 metr olan tam marafonun qalibi keniyalılar olub. Kişilər arasında Feliks Kimutay, qadınlar arasında Rut Çepnqetiç finişə birinci çatıb. Marafon zamanı 15, 10 və 8 kilometr məsafələrə, eləcə də paralimpiyaçılar arasında yarış keçirilib.

Oxşar xəbərlər

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi - FOTO
Marafon qaçışında yeni dünya rekordu müəyyənləşdi
Velosiped idmanı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
“Pxençan-2018”: 15 ölkədən idmançılar medalçılar arasında yer alıblar
İstanbul Marafonunda azərbaycanlı oğlandan qeyri-adi təklif

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər