reklam
64 ölkə reallıq, yoxsa xülya?
Sportfm.az xəbər saytı

64 ölkə reallıq, yoxsa xülya?


FİFA prezidenti Canni İnfantino 2030-cu ildən etibarən dünya çempionatında iştirak edəcək komandaların sayını 64-ə çatdırmağı planlaşdırır.

Sportfm.az xəbər verir ki, bu barədə jurnalist Romen Molina məlumat yayıb.

Onun sözlərinə görə, bu təşəbbüs İnfantinonun 2027-ci ildə keçiriləcək FİFA Konqresində yenidən prezident seçilmək üçün apardığı seçki kampaniyasının əsas hissələrindən biridir.

Qeyd edək ki, həmin dəyişikliklər qəbul olunarsa, Canni İnfantinonun növbəti dəfə FİFA prezidentliyinə namizədliyini irəli sürməsinə hüquqi imkan yaranacaq. Hazırda FİFA rəhbərinin növbəti müddətə namizəd olub-olmayacağı təşkilatın mövcud nizamnaməsi ilə məhdudlaşdırılır.

Oxşar xəbərlər

İnfantino yenidən FİFA prezidenti seçildi
İnfantino yenidən FIFA prezidenti seçildi
FİFA-nın başçısı vəzifəsinə yeganə namizəd - FOTO
İnfantinonun ideyası qəbul olunmur - Klublararası DÇ ilə bağlı
FİFA Canni İnfantino ilə bağlı araşdırmaya başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər