Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda IBA Çempionlar Gecəsi keçirildi
Bakıda Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşkilatçılığı və Azərbaycan Boks Federasiyasının dəstəyi ilə IBA Çempionlar Gecəsi keçirilib.
Sportfm.az xəbər verirr ki, yarışın ilk görüşündə Azərbaycan millisinin üzvü Sərxan Əliyev (70 kq) Qazaxıstan təmsilçisi Nurtas Ajbenovla qarşılaşıb. 6 raund davam edən döyüşdə boksçumuz hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 3:0.
Ardınca rinqə çıxan Avropa Oyunlarının bürünc medalçısı Tayfur Əliyev (60 kq) özbəkistanlı Xurşidbek Rasuljonovu sınağa çəkib. Qarşılaşma heç-heçə yekunlaşıb.
Dünya kubokunun bürünc mükafatçısı Nəbi İsgəndərov (70 kq) peşəkar rinqdə debütündə Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayıb. Döyüş heç-heçə bitib.
Azərbaycan millisinin daha bir üzvü, dünya çempionatının mükafatçısı Səidcəmşid Cəfərov (72,6 kq) Belarus boksçusu Nikolay Veselovu 3:0 hesabı ilə məğlub edərək komandanın uğurlu seriyasını davam etdirib.
Gecənin əsas qarşılaşmalarından birində dünya çempionu Sübhan Mamedov (47,6 kq) filippinli Riçard Qardla üz-üzə gəlib. Dünya boksunun əfsanəsi Roy Consun canlı ifa etdiyi “Can’t Be Touched” mahnısının müşayiəti ilə rinqə çıxan Azərbaycan idmançısı rəqibinə heç bir şans verməyərək 4-cü raundda texniki qələbə qazanıb. Bununla da komandamız IBA Çempionlar Gecəsini 3 qələbə, 2 heç-heçə ilə başa vurub.
Gecənin digər qarşılaşmasında isə Rusiya təmsilçisi Çeerav Aşalayev (76,2 kq) 8 raundluq döyüşdə belaruslu Mixail Dolqolevetsi məğlub edib.

Oxşar xəbərlər
4 boksçumuz yarımfinala yüksəldi - Dünya kuboku
Üç boksçumuz dünya çempionatının yarımfinalında
İki boksçumuz yarımfinalda - Dünya kuboku
Bakıda boks gecəsi keçiriləcək
Hüseynov lisenziya turnirinə qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası