reklam
Sportfm.az xəbər saytı

"Şəfa"da niderlandlı oyunçu -Transfer


“Şəfa” növbəti transferini reallaşdırıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi yarımmüdafiəçi Dilan Mertensi heyətinə qatıb. 30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Mertens son olaraq ölkəsində “Telstar”ın üzvü olub. O, karyerası ərzində Niderlandın “TOP Oss” və “Volendam” komandalarının formasını geyinib. Dilan eyni zamanda Rusiyanın “Fakel” (Voronej), Bolqrasıtanın “Botev” (Polivdiv) və “Sarsko Selo” klublarında legioner həyatı yaşayıb.

Qeyd edək ki, "Şəfa" yay fasiləsində Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev və Vlad Marian Pop və Andrey Fernandu Draqunu da transfer edib.

Oxşar xəbərlər

"Şəfa"da daha bir legioner - Transfer
“Şəfa”da ilk legioner transfer
"Kəpəz"in qapıçısı "Şəfa"da
"Şəfa"dan növbət transfer
"Şəfa"dan ilk transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər