reklam
Dursunov Avropanın ən güclüsüdür -
Sportfm.az xəbər saytı

Dursunov Avropanın ən güclüsüdür -Uğur


Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U20 Avropa çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, sonuncu yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər arasında medalçılar müəyyənləşib.

Camal Abbasov (61 kq) finalda rusiyalı Usman İndirbayevə (2:13), Nurlan Ağazadə (74 kq) isə həlledici görüşdə almaniyalı Manuel Vaqinə (2:4) məğlub olaraq gümüş medalı boynundan asıb.

Məhəmməd Abbaszadə (86 kq) israilli Tomer Drojnyaka 7:1 hesabıyla qalib gələrək üçüncü yeri tutub. Hüseyn Məmmədtağızadə (92 kq) bürünc medal görüşündə gürcüstanlı Sandro Kuraşviliyə uduzub – 1:12.

Avropa çempionatının son qarşılaşmasında Yusif Dursunov (125 kq) rusiyalı Soslan Qabuyevlə üz-üzə gəlib. Final gərgin mübarizə şəraitində keçib. Görüşdə 0:3 hesabıyla geri düşən həmyerlimiz əsl əzmkarlıq göstərərək geridönüş edib. Yekunda 4:3 hesablı qələbə qazanan Yusif U20 Avropa çempionu olub.

Oxşar xəbərlər

Daha bir güləşçimiz medal qazandı - Uğur
Millimiz reytinq turnirinin qalibi oldu
Güləşçilərimiz üçün iki bürünc medal şansı
Güləşçimiz Avropa çempionu oldu
Milli komandamız rekordla Avropanın əb güclüsüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər