Gimnastımız dünya çempionatında 194 idmançı arasında 7-ci oldu
Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə 48-ci dünya çempionatı öz işinə yekun vurub.
Sportfm.az xəbər verir ki, ən güclülərin müəyyənləşdiyi bu turnirdə komandamız Murad Ağarzayev, Timur Bayramov, Dariy Morozov, İvan Tixonov, Nikita Simonov və qadınlar arasında Marina Nekrasovadan ibarət gimnast heyətilə təmsil olunub.
İdmançılarımızdan ən yaxşı nəticə ilə N.Simonov fərqlənməyi bacarıb. Millimizin üzvü dünya nəhənglərinin sırasına daxil ola bilmək üçün bütün gücünü toplayaraq ona olan ümidləri doğrultmağa çalışıb. Belə ki, bir neçə ay öncə qitə birinciliyində çıxış edən Nikita halqalarla çıxışını 12-ci yerdə başa vurmuşdu. Bu dəfə isə sevimli aləti halqalarda öz proqramını daha da mükəmməlləşdirməsi gimnastımızı məhz dünya çempionatında 194 gimnast arasında 7-ci edib.
Qarşıda isə gimnastlarımızı növbəti ciddi start - Olimpiya Oyunlarına təsnifat yarışları gözləyir.
Oxşar xəbərlər
Gimnastımız finala yüksəldi - Dünya kuboku
Azərbaycan gimnastı finalda - Avropa çempionatı
Azərbaycanın iki gimnastı Tokio-2020-yə lisenziya qazandı
Daha iki gimnastımız Dünya Kubokunda finala çıxdı
Bakıda Dünya Kuboku keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR















Misli Premyer Liqası