reklam
Dünyanın ən güclü adamı arıqladı -
Sportfm.az xəbər saytı

Dünyanın ən güclü adamı arıqladı -FOTO


Dünyanın ən güclü adamı (World's Strongest Man) titullu nəhəng Eddit Holl arıqlayıb.

Sportfm.az xəbər verir ki, son vaxtlaradək çəkisi 196,5 kq olan 30 yaşlı Holl pəhriz və daha az, sağlam qidalanma nəticəsində çəkisini 165 kq-a salıb.

Ötən il Bostvanada keçirilmiş dünya çempionatında bütün rəqiblərini üstələmiş Holl bu ilin mayında arıqlamağa qərar verib. Sadəcə, səhər yeməyi 12500 kalori təşkil edən Hollun sözlərinə görə, çəkisi onu artıq narahat etməyə başlamışdı.

Nyukasl şəhərinin sakini, iki övlad atası Holl bundan sonra məşqlərini daha da intensivləşdirmək, amma çəkisini artırmamaq niyyətindədir.

Oxşar xəbərlər

Rusiya millisinin oyunu ləğv edildi - Terror aktına görə
“Arsenal”dan səfərdə 4 qol - Premyer Liqa
Bolidlərin çəkisi azaldılacaq - "Formula 1"
Dünyanın ən güclü insanları Azərbaycan polisləri oldu
İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlər - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər