Azərbaycan nümayəndəsi Men adasında liderdir
Men adasında (Böyük Britaniya) keçirilən beynəlxalq şahmat turnirinin dördüncü raundunda Azərbaycan qrosmetri Arkadi Naydiç rusiyalı şahmatçı Pavel Trequbova qalib gəlib.
Sportfm.az xəbər verir ki, Azərbaycan nümayəndəsinin ağ fiqurlarla oynadığı bu turda 40-cı gedişdən sonra onun rəqibi təslim olub.
Yarışların dörd turundan sonra hərəyə dörd xal toplamış Arkadi Naydiç və Çin şahmatçısı Van Hao liderdirlər. Hindistanlı Santoş Qujrati Vidit, onun həmyerlisi Abxicit Qupta, fransız Maksim Vaşye-Laqrav, polyak Radoslav Voytaşek, rumın Mirçea-Emilyan Pırliqras, macar Riçard Rapport və amerikalı Cefferi Syun liderlərdən yarım xal geri qalır.
Beşinci tur üçün püşkatmanın nəticələrinə görə, turnirin liderləri öz aralarında görüşəcəklər.
Men adasında keçirilən beynəlxalq şahmat turniri oktyabrın 28-də başa çatacaq. 165 oyunçunun iştirak etdiyi turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.
Kişilər arasında birinci mükafatın məbləği 50 min funta, ikinci mükafat 25 min, üçüncü mükafat 12500, qadınlar arasında birinci mükafatın məbləği 7 min funta bərabərdir.
Oyunlarda nəzarət vaxtı belə müəyyən edilib: ilk 40 gediş üçün 100 dəqiqə, sonrakı 20 gediş üçün 50 dəqiqə, daha sonra partiyanın sonuna qədər 15 dəqiqə və hər gediş üçün əlavə 80 saniyə.
Oxşar xəbərlər
“İpək Yolu Kuboku” turniri start götürür
Azərbaycanlı qız ölkəmizi Rusiyada təmsil edəcək
Slovakiyada qadın şahmatçılar arasında Avropa birinciliyi start götürdü
Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir
"Anatolia" "Odlar Yurdu"na məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası