Azərbaycanlı qız ölkəmizi Rusiyada təmsil edəcək
Kazanda sürətli şahmat üzrə 40-cı Rəşid Nəcməddinov Kubokuna start verilir.
Sportfm.az xəbər verir ki, turnirin startına 79 şahmatçı, o cümlədən 31 qrossmeyster çıxacaq. Start siyahısında ilk yerləri rusiyalılar – Aleksandr Raxmanov (2706), Maksim Çiqayev (2678) və Dmitri Kokarev (2663) tutur.
Bu turnirdə Azərbaycan idmanının şərəfini qrossmeyster Türkan Məmmədyarova (2375) qoruyacaq.
Digər adı “Rusiya Rapid Qran-Prisi” mərhələsi olan bu turnirin qalibləri sentyabrın 21-də müəyyən ediləcək. Yarışlar İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Oyunlarda nəzarət vaxtı 15 dəqiqə üstəgəl birinci gedişdən başlayaraq hər gediş üçün 10 saniyə müəyyən edilib.
Sürətli şahmat üzrə Rəşid Nəcməddinov Kubokunun ümumi mükafat fondu 450.000 rubla bərabərdir.
Oxşar xəbərlər
Azərbaycan kuboku internet üzərindən keçirilir
Məmmədyarov “Grand Chess Tour”da çıxış edəcək
Şahmat festivalında ölkəmizin şərəfini Məmmədyarovlar qoruyur
Masters turnirində Azərbaycanın şərəfini beynəlxalq qrossmeysterimiz qoruyacaq
Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası