“İpək Yolu Kuboku” turniri start götürür
Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə mayın 26-da blits üzrə onlayn qaydada beynəlxalq “İpək Yolu Kuboku” turniri start götürür.
Sportfm.az xəbər verir ki, bu gün turnirin 1-7-ci turlarının oyunları keçiriləcək. Yarışda Azərbaycan və Gürcüstan komandalarının tərkibində 27 şahmatçı olmaqla, ümumilikdə, 54 şahmatçı mübarizə aparacaq. Mayın 28-də isə 8-15-ci turların görüşləri keçiriləcək.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr edilir. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.
Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçirilir.
Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir.
Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirin qalibi 2500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.
Oxşar xəbərlər
Rauf Məmmədov beynəlxalq turnirin qalibi oldu
“İpək yolu kuboku”nun ilk 7 turunun oyunları keçirildi
İpək Yolu Kuboku keçiriləcək - Azərbaycan və Gürcüstan arasında
15 000 manatlıq şahmat turniri keçiriləcək - Onlayn
Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası