Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
6 aya 1 milyon avro qazanan futbolçu Azərbaycana gəlir?
Bolqarıstan futbolunun məşhur simalarından olan Valeri Bojinov qış fasiləsində karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportfm.az xəbər verir ki, ölkəsinin "Botev" klubunda çıxış edən forvarda Rusiya, Qazaxıstan və Azərbaycan klublarından təkliflər var. 32 yaşlı hücumçunun yenidən legioner həyatı yaşamaq istədiyi vurğulanıb.
Bojinovun adı ötən mövsüm "Qəbələ" ilə hallanırdı, lakin bolqar forvard Çinin 2-ci liqa klubu “Meyçjou Haka” klubuna keçmişdi. Bojinov Çində 6 aya 1 milyon avro qazanmışdı.
Qeyd edək ki, Bolqarıstan millisinin sabiq üzvü karyerasını ərzində "Fiorentina", "Yuventus", "Mançester Siti", "Parma" və "Sportinq" kimi məşhur komandalarda forma geyinib.
Oxşar xəbərlər
Türkiyə millisinin üzvü "Mançester Yunayted"in hədəfində
Ronaldonu transfer etmək istəyirlər
Beylin transfer qiyməti məlum oldu
Çempionlar Liqasından ən çox qazanan klublar bilindi
2.5 milyon avro olan futbolçu Azərbaycana gəlir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası