Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ronaldonu transfer etmək istəyirlər
İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportfm.az xəbər verir ki, "Çelsi" portuqaliyalı hücumçunu transfer etmək istəyir.
London təmsilçisi 35 yaşlı forvard üçün Turin klubuna 120 milyon avro ödəməyə hazırdır. Daha əvvəl 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış etmiş təcrübəli oyunçunun Premyer Liqaya qayıtmaq istədiyi və bu səbəbdən mövsümün sonunda "qoca sinyora"dan ayrıla biləcəyi vurğulanıb.
Qeyd edək ki, Kriştianu Ronaldo 2018-ci ilin yayında 112 milyon avro qarşılığında İspaniyanın "Real Madrid" klubundan "Yuventus"a keçib.
Oxşar xəbərlər
Ueston Makkenni üçün 40 milyon avro
"Mançester Yunayted" Ronaldonu rənglərinə qatmaq istəyir
Ronaldo üçün qərar anı - "Yuventus"dan gedir
Ronaldo "Yuventus"da qalacaqmı?
Ronaldo haqqında daha bir iddia - transfer olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası