reklam
Sportfm.az xəbər saytı

"Mənimlə görüşmək üçün həbsdə əlavə 1 həftə yatmışdı" -Totti


İtaliya futbolunun əfsanəsi, "Roma"nın texniki direktoru Françesko Totti İtaliyada həbsxanaların birində yaşadğı maraqlı hadisəni danışıb. 

Sportfm.az xəbər verir ki, veteran futbolçunun sözlərinə görə, həbsxanaya ziyarətdən öncə məhkumlardan biri cəzasını çəkib başa vursa da, Totti ilə görüşmək üçün əlavə bir həftə də dustaqxanada qalıb: 

"Həbsxanaya ziyarətə getdik və orada imza paylamaq üçün bir masa verdilər. Ətrafda gözətçilər və dustaqlar var idi, hamı bağırırdı. Həmin an gözüm bir məhkuma sataşdı. Yanımıza gəlmək üçün çarpışırdı. O, mənimlə şəkil çəkdirməyi çox istəyirdi. Bu qədər istəkli olmasınını anlaya bilmirdim. Öyrəndim ki, bir həftə öncə təxliyə olub, amma gələcəyimi biləndə dustaqxanada 7 gün əlavə qalmaq üçün icazə istəyib. "Məni göndərsəz, cinayət törədərək, geri dönəcəm!" deyərək, razılıq əldə edibmiş". 

Karyerası ərzində yalnız "Roma"da çıxış edən 41 yaşlı Totti 785 qarşılaşmada 307 qol vurub, 128 assist edib.

Oxşar xəbərlər

Françesko Totti idman agenti oldu - RƏSMİ
Françesko Totti koronavirusa yoluxdu - Özünü yaxşı hiss edir
"Zirə"nin futbolçusu Tottidən danışdı
"Qarabağ" hörmət ediləsi rəqibdir" - Françesko Totti
Françesko Totti - bir kluba həsr olunan karyera

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər