reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" hörmət ediləsi rəqibdir" - Françesko Totti


İtaliya futbolunun və "Roma"nın əfsanəsi Françesko Totti Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Sportfm.az xəbər verir ki, yayda futbolçu karyerasını bitirən sabiq milli üzvü "canavarlar"ın "Çelsi", "Atletiko" və "Qarabağ"la eyni qrupa düşməsindən danışıb.

Hazırda "Roma" rəsmisi kimi fəaliyyət göstərən Totti bütün rəqiblərə hörmətlə yanaşdıqlarını qeyd edib: "Bilirik ki, "Çelsi", "Atletiko" və "Qarabağ" hörmət ediləsi rəqiblərdi. Biz həmişə rəqiblərə qarşı bu cür davranmışıq. Ancaq "Roma" ilə oyunlar onlar üçün uğursuz alına bilər".

Qeyd edək ki, "Qarabağ" pley-offda Danimarkanın "Kopenhagen" klubunu mübarizədən kənarlaşdıraraq, Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

Oxşar xəbərlər

Françesko Totti idman agenti oldu - RƏSMİ
Françesko Totti koronavirusa yoluxdu - Özünü yaxşı hiss edir
Françesko Totti "Roma"nı tərk etdi
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu
Françesko Totti - bir kluba həsr olunan karyera

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər