"Zirə"nin futbolçusu Tottidən danışdı
"Zirə"nin müdafiəçisi Alvaro Ampuero İspaniyanın "Libero" nəşrinə müsahibə verib.
Sportfm.az xəbər verir ki, 2013-2014-cü illərdə "Parma"da çıxış edən perulu futbolçu "Roma"ya qarşı görüşdə Françesko Totti ilə qarşılaşmasından danışıb:
"Totti ilə meydanda olmaq mənim üçün yuxu idi. Formasını mənə vermədi. Açığı, istəməmişdim. Çünki onunla bir meydanda mübarizə aparmışdım. Totti ilə üz-üzə gəldim, yaxından gördüm və xəyalım gerçəkləşdi. Bir müddət əvvəl sevgilim mənə bir neçə şəkillər verdi, onlardan biri də Totti ilə mübarizə anı idi. Onu Peruda saxlamışam".
Qeyd edək ki, Alvaro Ampuero hazırda "Zirə"də icarə əsasında çıxış edir və müqavilə ilə "Munisipial" klubuna məxsusdur.(matc.az)
Oxşar xəbərlər
Françesko Totti idman agenti oldu - RƏSMİ
Françesko Totti koronavirusa yoluxdu - Özünü yaxşı hiss edir
"Zirə" daha bir futbolçunu göndərdi - Ampuero getdi
Alvaro "Zirə" ilə müqavilə bağlayıb!
"Zirə" "Parma"nın sabiq futbolçusunu transfer etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası