reklam
Milli komandamızın futbolçularından təhqir və təhdid -
Sportfm.az xəbər saytı

Milli komandamızın futbolçularından təhqir və təhdid -FOTO


17 yaşadək futbolçulardan ibarət millimizin ukraynalı həmyaşıdlarına 0:7 hesablı məğlubiyyəti barədə xəbər vermişdik.

Sportfm.az xəbər verir ki, acı məğlubiyyət haqqında futbolplanet.az saytının rəsmi instagram səhifəsində xəbər paylaşılıb. Yazıda yığmamızın biabırçı hesabla uduzması xüsusi qeyd olunub. Ukrayna ilə oyunda iştirak edən U-17-nin 2 üzvü instagram hesablarından xəbərə sərt reaksiya verib. Əvvəlcə "Neftçi"dən U-17-ə dəvət alan Emil Məmmədli adlı futbolçu şərh bölməsinə təhqiredici sözlər yazıb. "Qarabağ"dan yığmaya cəlb olunan Fərid Xasıyev isə səhifənin mesaj bölməsinə yazaraq, bizdən həmin xəbərin silinməsini tələb edib. 0:7 hesablı yenilgidən utanmaq əvəzinə, sosial şəbəkələrdə təhqiredici sözlər yazan və mətbuatdan xəbərin silinməsini tələb edən futbolçular haqqında AFFA-nın ölçü götürəcəyinə ümid edirik. Məqsədimiz sözügedən futbolçuların karyeralarını məhv etmək yox, onların bu səhv hərəkətlərindən nəticə çıxarmalarına nail olmaqdır. 

Sonda təhqirə yol verən və bizdən xəbərin silinməsini tələb edən futbolçuların reaksiyalarını sizlərə təqdim edirik:

 

Oxşar xəbərlər

İdman Jurnalistləri İctimai Birliyi də De Byazidən üzr tələb etdi
Millimizin futbolçuları AFFA tərəfindən cərimələndi - Baş məşqçi qərar verəcək
"Obolon"un oyunçusu millimizdə
"Neftçi"nin futbolçuları məşqə buraxılmadı - ŞOK
İngilis mediası "Qarabağ"ı lağa qoydu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər