Millimizin futbolçuları AFFA tərəfindən cərimələndi -Baş məşqçi qərar verəcək
Saytımızda gedən özəl xəbərdə 19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvlərinin Çexiyada nizam-intizam qaydalarını pozması qeyd olunmuşdu.
Artıq Avropa çempionatının ilkin mərhələsinin Çexiyada keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində müvafiq yaş qrupuna aid Azərbaycan milli komandasının bir neçə futbolçusunun intizam qaydalarını pozması - siqaret çəkməsi komandanın məşqçi heyəti tərəfindən müəyyən olunub.
Sportfm.az AFFA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq. İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək.
Oxşar xəbərlər
Üç futbolçu millidən qovuldu - Nizam-intizam qaydalarını pozduqları
"Səbail"in legioneri nizam-intizam qaydalarını pozdu - Komandadan kənarlaşdırdı
"Neftçi"nin futbolçusu millidən uzaqlaşdırıldı - Siqaret çəkdiyi üçün
AFFA saytımızda gedən xəbəri təsdiqlədi
Dəfələrlə intizam qaydalarını pozan Təmkin Xəlilzadə yaşıl meydanlara çıxmayacaq!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası