reklam
İngilis mediası
Sportfm.az xəbər saytı

İngilis mediası "Qarabağ"ı lağa qoydu -FOTO


İngilis mediası "Qarabağ" futbol klubunu lağa qoyub.

Sportfm.az saytı xəbər verir ki, məşhur ingilis saytı olan "The Sun" "Qarabağ"ın oyun günü planında futbolçuların adlarını tərcümə etməsini gülünc hesab edib.


Xəbərin başlığında yazılıb: ""Qarabağ" oyun günü broşüründə "Çelsi"nin futbolçularının adlarını tərcümə etdi və gülməli vəziyyət yarandı".


Xəbəri yazan jurnalist bildirib ki, Qarabağın bu qəribə ideyası sosial şəbəkələrdə ingilislər tərəfindən ələ salınıb. İzləyicilər oyunçuların adlarının "Pro Evolution Soccer" oyunundakı kimi qəribə formada yazıldığını qeyd ediblər. Onlar Heri Kehill və Tibo Kurtuanın adlarının yazılışının gülünc olduğunu yazıblar.

Qeyd edək ki, ötən gün keçirilən "Qarabağ" - "Çelsi" matçı "Çelsi"nin 0:4 hesablı qələbəsi ilə başa çatıb.

Bəxtiyar Umarlı
Milli.Az

Oxşar xəbərlər

İstanbulda ingilis finalı - Çempionlar Liqası
Çexiyada siqaret çəkən futbolçular kimlər olub? - Əsl günahkarların adları - ÖZƏL
Kurtua "Real"a, Kovaçiç "Çelsi"yə keçdi
Ağzına gələni danışan tərcüməçi - VİDEO
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər