Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı qrossmeyster Man adasına gedəcək
Oktyabrın 20-dən 28-dək Men adasının paytaxtı Duqlasda “Isle of Man International” şahmat turniri keçiriləcək. Şahmatçılar üç qrupda yarışacaqlar.
Sportfm.az xəbər verir ki, “Masters” turnirində iştirak etmək üçün 173 şahmatçı, o cümlədən 90 qrossmeyster və “yeddiyüzlər” sırasına daxil olan 20 şahmatçı müraciət edib. Onların sırasında Azərbaycan təmsilçisi Arkadi Naydiç də var. Reytinq üzrə turnirin lideri hollandiyalı Aniş Qiridir. Azərbaycanlı qrossmeyster isə bu göstərici üzrə on ikincidir.
Turnirin birinci mükafatı 50 min funt sterlinq məbləğindədir.
“Isle of Man International” turniri İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.
Oxşar xəbərlər
Şahmatçımız dünya çempionunu məğlub etdi
Azərbaycan beynəlxalq şahmat festivalında təmsil olunacaq
Hüseynov İspaniya şahmat turnirinin reytinq-favoritidir
“Aeroflot Open–2018” turnirində ölkəmizi beynəlxalq qrossmeyster təmsil edəcək
Masters turnirində Azərbaycanın şərəfini beynəlxalq qrossmeysterimiz qoruyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası