Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahmatçımız dünya çempionunu məğlub etdi
Azərbaycan şahmatçıları Arkadi Naydiç və Rauf Məmmədovun da iştirak etdikləri “Gibraltar International Chess Festival 2019”un “Masters” turniri başa çatıb.
Sportfm.az xəbər verir ki, şahmatçımız Rauf Məmmədov turniri qələbə ilə başa vurub. O, onuncu turda Ukrayna təmsilçisi ikiqat dünya çempionu Anna Muzıçuku məğlub edib.
Digər təmsilçimiz Arkadi Naydiç isə ispan David Anton Guijarroya məğlub olub. Rauf Məmmədov 7 xalla 18-ci, Arkadi Naydiç isə 6 xalla 41-ci yeri tutublar.
Turnirin qalibi 8,5 xalla rusiyalı şahmatçı Vladislav Artemiyev olub.
Oxşar xəbərlər
Şahmatçımız növbəti turda da məğlub oldu
Azərbaycan Rusiya ilə heç-heçə etdi
Məmmədov qalib oldu, Naydiç heç-heçə etdi
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistanı məğlub etdi
Bizi təmsil edən Naydiç erməniyə uduzdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası