“Aeroflot Open–2018” turnirində ölkəmizi beynəlxalq qrossmeyster təmsil edəcək
Moskvada “Aeroflot Open–2018” Beynəlxalq şahmat turniri keçiriləcək.
Turnirdə Azərbaycanı beynəlxalq qrossmeyster, Azərbaycan yığmasının heyətində Avropa komanda çempionatının üçqat çempionu Rauf Məmmədov təmsil edəcək.
Sportfm.az xəbər verir ki, turnirin ənənəvi sponsoru Rusiyanın “Aertoflot” şirkətidir. Bu il “Aeroflot Open” fevralın 19-dan martın 1-dək “Kosmos” mehmanxanasında keçiriləcək.
Sayca 16-cı turnirdə güclü şahmatçılar təmsil olunacaq. “Aeroflot Open” çərçivəsində keçiriləcək üç turnir (A,B və C) iştirakçıların reytinqinə müvafiq formalaşdırılıb. Bütün bölmələrin şahmatçıları İsveçrə sistemi ilə 9 turda yarışacaqlar. Reytinqləri 2550 və daha yuxarı olan şahmatçıların mübarizə aparacağı “A” qrupu daha böyük maraq doğurur.
Bu il “A” turnirində Rauf Məmmədov, Vladimir Fedoseyev, Santoş Vidit, Dmitri Andreykin, Maksim Matlakov, Vladislav Artemyev, Ernesto İnarkiyev, Yevgeni Nayer və bir çox digər şahmat ulduzları iştirak edəcəklər.
“A” turnirində 23 ölkədən 90-dan çox şahmatçı mübarizə aparacaq. Əsas yarışın qalibi iyulun 12-23-də Dortmundda keçiriləcək superturnirə vəsiqə qazanacaq. Turnirin mükafat fondu 120 min avrodur. (azertag.az)
Oxşar xəbərlər
Gənclər və İdman naziri 14 yaşlı şahmatçı ilə görüşdü - FOTO
Şahmatçılarımız “Aeroflot open” turnirində ilk qələbələrini qazandı
Azərbaycan beynəlxalq şahmat festivalında təmsil olunacaq
İsgəndərov Türkiyə turnirində liderliyini davam etdirir
Masters turnirində Azərbaycanın şərəfini beynəlxalq qrossmeysterimiz qoruyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası