Güləşçilərimizdən uğurlu nəticə - 4 medal
Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir davam edir.
Sportfm.az xəbər verir ki, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi 7 güləşçi təmsil edir. Sentyabrın 7-də üç güləşçimiz fəxri kürsüyə qalxıb. Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) isə bürünc medal qazanıb.
Bundan başqa, 61 kiloqram çəki dərəcəsində güləşən idmançılarımızdan Əhmədnəbi Qvarzatilov yarışın finalına yüksəlib. Həmin çəkidə yarışan Məhəmmədhacı Kasumov mübarizəni dayandırıb. İbrahim Yusubov (79 kq) isə bürünc medal qazana bilər. Ə.Qvarzatilov və İ.Yusubov həlledici görüşlərini sentyabrın 8-də keçirəcək.
Oxşar xəbərlər
Yakutskda 4 medal - Dmitri Korkinin xatirə turniri
Hacı Əliyevin Yakutsk sınağı
Sərbəst güləşçilərimiz İranda bürünc medal qazandı
Güləşçilərimiz Rusiyada keçirilən beynəlxalq turnirin finalına yüksəldi
Əli Əliyevin xatirə turnirindən 2 qızıl və 1 gümüş medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası