reklam
Güləşçilərimiz Rusiyada keçirilən beynəlxalq turnirin finalına yüksəldi
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Rusiyada keçirilən beynəlxalq turnirin finalına yüksəldi


Rusiya Federasiyası Saxa Respublikasının paytaxtı Yakutskda Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir start götürüb.

Sportfm.az xəbər verir ki, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi ilə ölkəmizi yeddi pəhləvan təmsil edir. Onlardan ikisi – Pərviz İbarahimov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala yüksəlib. Digər idmançılarımız Əli Rəhimzadə (65 kq) və Hacımurad Ömərov (74 kq) bürünc medal şanslarını qoruyurlar.

Sentyabrın 7-də P.İbrahimov və N.Hacıyev final, digər iki güləşçimiz isə təsəlliverici görüşlərə çıxacaq. Əhmədnəbi Qvarzatilov, Məhəmmədhacı Kasumov (hər ikisi 61 kq) və İbrahim Yusubov (79 kq) isə həmin gün ilk qarşılaşmalarını keçirəcəklər.

Yarışların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edir.

Oxşar xəbərlər

Yakutskda 4 medal - Dmitri Korkinin xatirə turniri
Hacı Əliyevin Yakutsk sınağı
Hacı Əliyev beynəlxalq turnirdə iştirak edəcək
Güləşçilərimiz Kadırovun xatirə turnirində qüvvələrini sınayacaqlar
Güləşçilərimizdən uğurlu nəticə - 4 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər