reklam
3 uşaq anası futbol sayəsində milyarder oldu -
Sportfm.az xəbər saytı

3 uşaq anası futbol sayəsində milyarder oldu -FOTOLAR


Xüsusilə kişilərin dodaq uçuqladan pullar qazandığı futbol, bir qadının da ölkəsinin ən çox qazananları sırasına girməsinə yol açıb.

Sportfm.az xəbər verir ki, İngiltərənin futbol üzrə tək qadın icraçı direktoru Karolin Ratford bərpası 5 il vaxt aparan mərmər döşəməli, 10 yataq otaqlı malikanəsi ilə medianın gündəmində ilk sıralara yerləşib.

İngiltərə futbol bazarının tək qadın idarəedicisi olan Ratford 36 yaşındadır. 52 yaşlı həyat yoldaşı Con Ratfordla evliliyindən 3 övladı olan Karolin dillərə dastan yeni malikanəsində sözün əsl mənasında kraliça kimi həyat sürür. 

19-cu əsrdən qalan malikanəni bir müddət əvvəl satın alan Karolin Ratford təmir işini peşəkarlara tapşırıb. Keyfiyyətli mərmərlə döşənən malikanənin özünəməxsus idman salonu və üzmə hovuzu da var. 

İngiltərənin ən gənc futbol direktorunun ailəsi ilə yaşadığı bu malikanənin qiyməti 8,3 milyard funt sterlinqdir.

Karolinin icraçı direktor olduğu Mansfield Town klubu hazırda ikinci liqada mübarizə aparır. Ratfordun məqsədi komandasını qısa zamanda Premyer Liqaya çıxarmaqdır. 

Oxşar xəbərlər

Messi yeni malikanə aldı - 10 milyona
Bekhemin evi qarət olundu - Hadisə
"Şorgöz" brazilyalı görün nə etdi?
Usmanov İngiltərənin futbol klubunu almaq istəyir
Qadın komandası yox idi, onu da yaratdılar - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər