reklam
Bekhemin evi qarət olundu -
Sportfm.az xəbər saytı

Bekhemin evi qarət olundu -Hadisə


İngiltərə millisinin sabiq futbolçusu, "İnter Mayami"nin sahibi Devid Bekhem ailəsi ilə birlikdə evdə olarkən malikanəsi qarət edilib.

Sportfm.az xəbər verir ki, hadisə fevralın 28-də Qərbi Londonda baş verib. Devid, həyat yoldaşı Viktoriya Bekhem və 10 yaşlı qızı Harper birinci mərtəbədə dincələn zaman maskalı oğru binanın yataq otaqlarından birinə daxil olub və bir neçə min funt-sterlinq dəyərində qızıl-zinət əşyaları, paltar və məişət texnikası oğurlayıb.

Oğurluq hadisəsindən evə qayıdan Bekhemin 17 yaşlı Devid Kruz ilk xəbərdar olub. O, otaqda hər şeyin alt-üst olduğunu və şüşənin sındığını görüb.

“Təəssüf ki, Bekhemlər ərazidə fəaliyyət göstərən peşəkar oğrunun qurbanı oldular. Xoşbəxtlikdən, cinayətkar qaçmazdan əvvəl yalnız bir yataq otağına girə bildi" - deyə "The Sun" yazıb.

Oxşar xəbərlər

Bekhem ukraynalı uşaqlara 1 milyon bağışladı - YARDIM
Bekhemdən xanımına sürpriz - FOTO
Ceyhun Sultanovun evi qarət olundu - Film kimi oğurluq
Devid Bekhemin özündən sonra klubu...
"O, dünyanın ən möhtəşəm əridir" - Sabiq ulduz futbolçu haqqında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər