reklam
Çempionatın oyunları
Sportfm.az xəbər saytı

Çempionatın oyunları "Facebook"da yayımlanacaq


Qarşıdakı 3 mövsüm ərzində İspaniya La Liqasının bütün 1140 oyunu "Facebook" sosial şəbəkəsində yayımlanacaq. 

Sportfm.az xəbər verir ki, bu barədə çempionatın rəqəmsal strategiyasının rəhbəri Alfredo Bermexo məlumat verib. O bildirib ki, çempionatın bütün oyunlarına Hindistan, Pakistan, Əfqanıstan, Banqladeş, Butan, Nepal, Şri-Lanka və Maldiv adalarında baxmaq mümkün olacaq.  

A.Bermexo oyunların yayımlanmasından xoşbəxt olduqlarını vurğulayıb: "Son iki il ərzində hədəflərimizdən biri La Liqanı ən geniş auditoriyaya təqdim etməkdir. Buna görə də Hindistanda 270 milyon istifadəçisi olan "Facebook" kimi ödənişsiz platformalarla əməkdaşlıq bizim üçün vacibdir". 

Qeyd edək ki, İspaniya La Liqası avqustun 17-də start götürəcək. 

Oxşar xəbərlər

Sosial mediada liderliyi əldən vermir
Pakistan Asiya çempionatından imtina etdi
Çempionatın oyunları ABŞ və Kanadada baş tutacaq! - Təzad
"Qarabağ" - "Kukesi" matçı canlı yayımda
Facebook Premyer Liqa oyunlarını yayımlaya bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər