Güləşçimiz Avropa Çempionatında finala çıxdı
Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
Güləşçilərimizdən Elçin Vəliyev (61 kq) Rumıniya idmançısına qalib gəlsə də, yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal uğrunda qarşılaşmada həmyerlimizin rəqibi Türkiyə idmançısı olacaq.
Doxsan iki kiloqram çəki dərəcəsində yarışan idmançımız Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edərək qitə çempionatının finalına yüksəlib. İdmançımız finalda Gürcüstan güləşçisi ilə qarşılaşacaq.
Final görüşləri iyunun 10-da Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Oxşar xəbərlər
Güləşçilərimiz final görüşünə çıxacaq - Avropa çempionatı
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Güləşçilərimiz Avropa çempionu oldu - FOTO
Güləşçilərimiz Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası